Azərbaycan Yazıçılar
Birliyinin orqanı olan “Ulu Çinar” Türk xalqları ədəbiyyatı dərgisinin yeni
sayı işıq üzü görüb. Jurnalın baş redaktoru Elxan Zal açıqlamasında bildirib ki, dərginin bu sayısı
bütövlükdə çağdaş Türkiyə ədəbiyyatını əhatə etməkdədir. Dərgidə Dilaver
Cebecinin,Egemen Berközün, Ülkü Tamerin, Soysal Ekincinin,Müesser
Yeniayın,İbrahim Tenekecinin,Mustafa Ruhi Şirinin,Eray Canberkin, MetinAltıokun, Atilla
Erin, Zafer Şenocağın, Yavuz Özdemin, Birhan Keskinin, Güven Turanın, Ali
Cengizkanın şeirləri, Sibel Eraslanın, Hülya Sezginin, Şebnem İşigüzelin, Fatma
Karabıyık Barbarosoğlunun, Ataol Behramoğlunun, Edip Canseverin, Cemal
Süreyanın, Ferit Edgünün, İsmayıl Ertürkün, Onur Caymazın, Hüseyin Sunun, İmdat
Avşarın, Ahmet Yıldızın hekayələri və ədəbiyyatşünaslıq yazıları dərc olunub.
Dərgidə eyni zamanda müasir
Türk nasiri Elif Şafakla müsahibə də oxucuların diqqətinə təqdim olunub.
“Ulu Çinar” dərgisi həmişəki ənənəsinə
sadiq qalıb. Belə ki, bu nömrədə də çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən
Umud Rəhimoğlunun şeirləri Türkiyə türkcəsində Türkiyəli oxucuların ixtiyarına
verilib.
Dərgidə çap olunan
materialların böyük əksəriyyəti Azərbaycanda ilk dəfə təqdim olunur.
Qeyd
edək ki, bu sayı Çanaqqalada şəhid olan türkiyəli və azərbaycanlı döyüşçülərin
xatirəsinə ithaf olunub.

Yorumlar
Yorum Gönder